24 Şubat 2017 Cuma

Dialoq qutuları

Komputerdə işləyərkən pəncərələrdən fərqli olaraq dialoq qutuları qarşımıza çıxır ki, bu dialoq qutuları bizimlə ünsiyyət yaradır və bizdən konkret cavab gözləyir. Dialoq qutularının özünəməxsus düymələri mövcuddur ki, bunlardan ən çox istifadə ediləni aşağıdakılardır:

17 Şubat 2017 Cuma

Windows 7 əməliyyat sistemi

İşçi stolda standart 5 element (icon) vardır.


1. User files – istifadəçi sənədləri. İstifadəçiyə aid olub və kompyuterin yaddaşında olan sənədlərin yerləşdiyi qovluqdur.

2. Computer – kompyuter. Sabit və qeyri sabit sürücülərə müraciət etmək üçün istifadə olunur. Yəni, sərt disk sürücüləri və bəzi qovluqların yerləşdiyi yer. Həmçinin flash disk, telefon və ya CD daxil etdiyimiz zaman bu bölümdən aça bilərik.

Windows 7 əməliyyat sistemində pəncərələrin quruluşu

Windows əməliyyat sistemi demək olar ki, pəncərələrdən təşkil olunmuşdur. Bu pəncərələrin hamısında ortaq interfeys (quruluş) mövcuddur. Pəncərələrin quruluşu aşağıdakı kimidir:   












Daşıyıcılar və ölçü vahidləri

İnformasiyanın daşınması üçün lazım olan qurğular daşıyıcılar adlanır. Daşıyıcılara misal olaraq flash diskləri, CD (Compact disk) – ləri, DVD-ləri, disketləri misal göstərmək olar. Disketlər tutumları az olduğundan artıq istifadədən çıxarılıb. Standart CD – lər 700 Mb tutumuna malik olurlar. CD və DVD-lərə informasiya Nero, AshampooCD-DVD burner  proqramları vasitəsilə yazıla bilər. CD və DVD – lər iki növdə olurlar : CD–R, CD–RW, DVD–R, DVD–RW

16 Şubat 2017 Perşembe

Viruslar və Antiviruslar

Viruslar
Kompyuter virusu çox kiçik ölçülü xüsusi yazılmış proqram olub, kompyuterdən istifadə olunan muxtəlif proqramları korlmaqla və ya proqramlara yoluxmaqla xoşagəlməz hadisələr yaradır. Tərkibinə virus daxil olmuş proqram yoluxmuş proqram adlanır.Belə olan halda hər hansı yoluxmuş proqram icra olunarkən kompyuterin idarəetmə sistemi virusun təsirinə məruz qalırsa bu zaman viruslu proqram digər proqramları korlayır, həm də kompyuterdə zərərli hallar əmələ gətirir. Diskdə yerləşən faylları, əməli fayılları çirkləndirir. Viruslu proqramlar öz işlərini yerinə yetirdikdən sonar idarə etməni yoluxduğu proqrama ötürür və sağlam proqram kimi işləyirlər. Viruslara missal olaraq Trajon, Advare, Spykare, Spam, Winfile və s.

Əməliyyat sistemi

Komputerlərin işləməsi üçün müxtəlif proqram təminatı lazımdır. Proqram təminatının bir nömrəli elementi əməliyyat sistemidir. Əməliyyat sistemi istifadəçi ilə komputer arasında ünsiyyət yaradan, sistemə yüklənmiş proqramların və onlara məxsus faylların işləməsini təmin edən, komputerə qoşulmuş olan aparat təminatını özünəməxsus qaydada sistemə tanıdan bir mühitdir. Əməliyyat sistemi komputerin bütün hissələrinin uzlaşmasına və səlist işləməsinə nəzarət edir. Əməliyyat sistemləri imkanlarına, əmrlər sisteminin tərkibinə, texniki vasitələrlə əlaqələrin təşkilinə və bir çox başqa funksiyalarına gorə bir birindən fərqlənir.

Daxili qurğular


İnformasiyanın işlənməsi üçün lazım olan qurğulara daxili qurğular deyilir. Daxili qurğular aşağıdakılardır:

1. Motherboardana plata. Buna mainboard, system board və ya materinka da deyilir. Ana plata bütün qurğular arasında yol rolunu oynayır. Komputer ilk yükləndiyi zaman ana platada olan xüsusi proqram təminatından istifadə edərək yüklənir ki, bu da BİOS (Basic İnput Output System) adlanır. 
BİOS mikrosxem deməkdir. Ana plata üzərində BİOSRAM mikrosxemləri, genişləndirmə slotları (yuvalar), digər əsas qurğular yerləşir. Xaricdə gördüyümüz giriş və çıxış yuvaları isə portlar adlanır. Portlar komputerin digər qurğularla əlaqəsini təmin edir. Portlar paralelserial olmaqla 2 yerə ayrılır. Paralel portlar LTP1 və LTP2, serial portlar isə COM1 və COM2  adlanır.