24 Şubat 2017 Cuma

Device Manager - Sürücü təmsilçisi.

Komputerdə bütün qurğuların öz funksiyasını yerinə yetirməsi üçün onların sürücüləri komputerə yüklü olur. Yüklü olan sürücülərin yerləşdiyi bölüm Device Manager-dir. 
Bu pəncərədə olan əmrlər yüklü olan qurğuların yenilənməsi, aktiv edilməsi, silinməsi və yoxlanılması üçün istifadə olunur. Məsələn, Mice and other pointing devices – komandasının qarşısındakı ox işarəsi üzərində sol düyməni bir dəfə vurduğumuz zaman, mausun adını görmüş oluruq. Üzərində iki dəfə vursaq mausun xassə və xüsusiyyətləri adlı dialoq qutusu açılacaq ki,
açılan pəncərədə General – ümumi bölümündə sürücünün firması, adı, yeri və vəziyyəti haqqında məlumat alırıq.
Driver – sürücü bölməsi
Driver Details – Sürücü haqqında məlumat
Update driver – sürücünü yeniləmək
Roll back driver – yenilənməni geri qaytarmaq
Disable – üzərində sol düyməni bir dəfə vurduğumuz zaman sürücü işləmir, yəni qeyri aktiv olur. Yenidən aktiv etmək üçün enable əmrini tətbiq etmək lazımdır.
Uninstall – seçdiyimiz zaman mausun sürücüsünü silmiş oluruq.




Hiç yorum yok:

Yorum Gönder