24 Şubat 2017 Cuma

Control panel - Folder options

Folder options - qovluğun parametrləri. Bu dialoq qutusuna 3 yolla daxil olmaq olar.
Control panel- Folder options
Dialoq qutusuna qovluq pəncərəsində Tools menyusundan Folder options əmrini seçməklə.
Qovluq pəncərəsində Orqanize - menyusunda Folder and searsh options əmrini seçməklə daxil olmaq olar.


General – ümumi səhifəsində Browse folder (qovluğu gözdən keçir) sahəsində Open each folder in the same window – aktiv qovluğun tərkibində olan alt qovluqları bir pəncərə yəni eyni pəncərə tərkibində açır.
Open each folder in its own window aktiv qovluğun tərkibində olan alt qovluqları ayrı – ayrı pəncərə tərkibində açır.
Single click to open – tək vuruşla açmaq. Bu əmr aktiv olduqda sənəd və qovluqları seçmə imkanı olmadan bir başa açmaq olur.
Double click to open – ikili vuruşla açmaq. Bu əmr aktiv olduqda sənəd və qovluqları həm seçmə həm də açma imkanı olur.
Navigation pane – idarə paneli sahəsində Show all folders bölümü aktiv olduqda qovluq tərkibində olan alt qovluqlar göstərilir.
Automatically expand to current folder-aktiv qovluğu avtomatik genişləndirir.

View görünüş səhifəsində Always show icons, never thumbnails -əmri aktiv olduğu halda pəncərə tərkibində sənədlər aşkar şəkildə və (preview pane) öncədən görünüş panelində aşkar şəkildə görünür.
Always show menus - Hər zaman menyuları göstər.
Display file icons on thumbnails - işçi stolu üzərində qeyri standart elementlərin görünüşünü dəyişir.
Folder options bölümü vasitəsilə həmçinin hər hansı bir qovluğu gizlədə bilərik. Bunun üçün əvvəlcə qovluq üzərində mausun sağ düyməsini vurub properties bölümündən hidden (gizli) seçib ok vururuq. Daha sonra isə folder options bölümünə daxil olub View (görünüş) bölümündən Do not show hidden files and folders or drives (gizlədilmiş sənədlər, qovluqlar və ya qurğuları göstərmə) komandasını aktivləşdirib apply ok vururuq. Gizlətdiyimiz sənədlər, qovluqlar və ya sürücüləri aşkara çıxartmaq üçün bu bölümdən Show hidden files, folders and drivers (gizlədilmiş sənədlər, qovluqlar və ya qurğuları göstər) komandasını seçib applyok vururuq. Restore Defaults - əmri dəyişdirdiyimiz qovluq parametrlərini əvvəlki vəziyyətinə qaytarır.










Hiç yorum yok:

Yorum Gönder