Komputerə daxil etdiyimiz
bütün şrift (font növləri) burada yerləşir və əvvəlki dərslərimizdə qeyd
etdiyimiz kimi fontlar bizim proqramlar üzərində işləyərkən yazı formalarımızı
təyin edir. Xüsusilədə montaj proqramlarında işləyərkən yazı fontlarına ehtiyac
dahada çox artır.
Azərbaycan dilində yazı yazarkən çox vaxt ə, ı, ç, ş, ö, ğ, ü
kimi hərflərdə şrift problemi yaşayırıq. Çünki fontların çoxu bizim dildəki bu
hərfləri tanımır. Bunun üçün də biz azəri fontlarına ehtiyac duyuruq. Yazı
yazarkən yazılarımızda istifadə etmək üçün Platino Linotype və Times New Roman
şriftlərindən istifadə etməyi məsləhət görürəm. Əgər başqa şriftlərdən, əlavə
şriftlərdən istifadə etmək istəyiriksə internet üzərindən azəri font yazaraq
axtarış edib qarşımıza çıxan fontu yükləyə bilərik.
Əlavə olaraq mənim ən
çox istifadə etdiyim font saytlarınıda məsləhət görə bilərəm ki, bu saytlarada
daxil olmaqla zövqə uyğun milyonlarla font içərisindən sizə lazım olan fontu
yükləyə bilərsiniz. www.fonttr.com və www.dafont.com saytlarından istifadə edə bilərsiniz.
Hiç yorum yok:
Yorum Gönder