27 Şubat 2017 Pazartesi

İnternet options - İnternet parametrləri.

Daxil olduğumuz zaman Internet options - internet parametrləri adlı dialoq qutusu açılmış olacaq ki, qutunun Home page səhifəsində, Use current – üzərində sol düyməni vursaq - hər dəfə internet proqramına ilk daxil olduğumuz zaman hal-hazırda aktiv olan internet səhifəsi görüntüdə olacaq. İnternetdən istifadə etmədiyimiz zaman bu komanda qeyri-aktiv olacaq.


Use defult – seçdiyimiz zaman bizim təyin etdiyimiz internet səhifəsi hər zaman üstdə saxlanılacaq. Use blank – bu düymə üzərində sol düyməni bir dəfə vurduğumuz zaman internet proqramına daxil olduqda qarşımızda boş səhifə görünəcək. Browsing history bölümündən, Delete browsing history on exit - komandası aktiv olarsa daxil olduğumuz internet səhifələri İnternet Explorer pəncərəsini yenidən başlatdıqda yaddaşda saxlanılmır, girdiyimiz saytların tarixçəsi təmizlənir. Bu bölümdə Delete - düyməsi gün ərzində baxılan internet səhifələrinin siyahısını ləğv edir.

Hiç yorum yok:

Yorum Gönder