Keyboards and language – Klaviatura və dillər səhifəsidir ki,
buradan həm komputerin dilini, həmdə klaviatura dilini dəyişə bilərik.
Əgər əməliyyat
sistemi üçün interfeys dili yüklüdürsə həmin dilidə bu səhifədə Choose a
display language – bölümündən
dəyişə bilərik. Dili dəyişdikdən sonra ok
düyməsini vurub komputeri yenidən başladırıq. Və komputer restart olunduqdan
sonra əməliyyat sistemi seçdiyimiz dildə açılmış olacaqdır.
Klaviatura dili əlavə etmək və ya
dəyişmək istəyiriksə Change Keyboards düyməsini seçirik.
Açılan dialoq qutusunda yazı proqramında
hansı dilin hər zaman aktiv olunmasını istəyiriksə default input language
sahəsində istənilən dili seçirik. Dil panelinə yeni dil əlavə etmək üçün qutuda
Add əlavə et düyməsi seçilir.
Languages
- Dillər.
Qeyd: Bu bölümdə tapşırıqlar
zolağında yerləşən dil bölümünə dil əlavə edə bilərik.
Bunun üçün Language-details (detallar) – add – input
language (dil daxil etmək) bölümündən dili seçib – ok
– apply vururq.
Add input language qutusunda əlavə edəcəyimiz dil növünü
qeyd edib Preview – düyməsi
ilə qeyd etdiyimiz dilin ekranda klaviaturasına öncədən baxışı təmin
edirik.
Bu səhifədə remove – düyməsi seçilən dili silir. Move Up
və Move Down düymələri ilə də dil bölümünün yerini müəyyən edir.
Daxil etdiyimiz dili silmək üçün dili seçib Remove
düyməsini seçirik.
Language bar – səhifəsində dil panelinin yeri müəyyən olunur.
Floating on Desktop – dil panelini işçi stolu üzərində yerləşdirir.
Docked in the taskbar – dil panelini tapşırıq zolağında yerləşdirir.
Hidden – dil panelini gizlədir. Əlavə olaraq əgər
biz dil bölməsində 1 dil saxlayarıqsa o zaman taskbar üzərində dil zolağı gizli
olur.
Show additional language bar icons in
the taskbar -
əgər bu əmr aktiv olarsa dil bölümü işçi stolunda yerləşdiyi zaman istifadə
olunmadıqda şəffaf şəkildə, yəni qeyri aktiv görünəcək.
Show additional language bar - aktiv olduğu zaman dil bölümünün köməkçi
elementləri tapşırıq zolağında aktivləşəcək.
Show text labels on the language bar - dil bölümündə element işarələrinin
adları tam şəkildə göstərilmiş olacaq.
Advanced key settings – genişləndirilmiş klaviatura parametrləri
səhifəsində To Turn Off Caps Lock – bölməsində Caps Lock düyməsinin Caps lock və
ya Shift düyməsi ilə söndürülməsini təyin edirik.
Dil bölümündə olan hər bir dil üçün klaviaturada köməkçi düymələr vasitəsi
ilə dəyişmə imkanı təyin etmək üçün Hot
key for input language Change key sequence – klaviatura dilinin düymələr
vasitəsi ilə dəyişdirilməsi seçilir. Key
settings – açarları qurmaq. Klaviaturadan köməkçi düymələr vasitəsi ilə dil
bölümünü dəyişmək mümkündür.
Not
assigned – klaviaturada heç bir qıssa yol seçilmir.
Alt + Shift
Ctrl+Shift
Grave
accent (`) – vurğu işarəsi yazı dillərini bir dəfə dəyişir.
Qeyd: Dil bölümünün taskbar-da görünməməsinin 3 səbəbi ola bilər.
Dil
bölümündə yalnız bir dil olarsa (seçmə imkanımız olmazsa).
Taskbar üzərində
sağ düymədə toolbar – Language bar komandası qeyri aktiv olarsa
Hidden
(gizlət) - əmri aktiv olarsa.
Hiç yorum yok:
Yorum Gönder