Administrative bölməsindən Copy
settings əmrini seçdiyimiz zaman qarşımıza çıxan pəncərədə administrator
ayarlarını təyin edirik.
Burada hal-hazırdakı istifadəçi bölümünün dil
formatlarını, Başlanğıc ekranındakı dil formatlarını və yeni istifadəçi hesabı
açarkən açılan istifadəçi hesabının dil formatlarını kopyalaya bilərik. Əgər
Current user yəni hal-hazırdakı istifadəçi bölümünün dil formatlarını həm
komputerə, həmdə yeni istifadəçi hesabına tətbiq etmək istəyiriksə Welcome
screen and system accounts bölməsini aktiv edirik. Hal-hazırdaki dil formatını
sadəcə yeni açılan istifadəçi hesabına tətbiq etmək istəyiriksə New user
accounts bölməsini aktiv edirik və Ok düyməsini vururuq.
Change system locale bölməsi isə
bizim komputerə yüklədiyimiz proqramdakı yazı kodlaşdırılması sistem tərəfindən
görünmürsə, yəni bəzi azəri proqramlarda proqramı işə salanda azərbaycan dilində
olan hərflər dördbucaq qutu şəklində düşür və tanınmır. Bu zaman biz bura daxil
olmaqla sistem dilini dəyişməklə bu problemi aradan qaldıra bilərik.
Hiç yorum yok:
Yorum Gönder