9 Mart 2017 Perşembe

Design (dizayn) menyusu


Themes Temalar. Ötən dərslərimizdə səhifə cildinin nə olduğunu və necə sənəd daxilində yerləşdirmək olur bunu örgənmişdir. Qeyd etmişdik ki, İnsert menyusu – Cover Page yəni səhifə cildi bölümü vasitəsilə sənədimizə səhifə cildləri və ya shapes fiqurlar bölməsindən fiqurlar və.s daxil edə bilirdik. Bu gün isə bu daxil etdiyimiz fiqurların, səhifə cildlərinin temasını bu bölüm vasitəsilə dəyişməyi örgənəcəyik.

Reset to Theme from Template – Dəyişilmiş temanı əvvəlki vəziyyətinə bərpa edir.
Enable Content Updates Office.com – İnternet üzərindən temalar daxil etmək.
Browse for Themes – Yaddaşda olan temaları daxil etmək.
Save Current Theme – Seçilmiş temanı yaddaşa vermək.
Document formatting – Sənədi formatlamaq. Adından da göründüyü kimi sənəddəki formatlama işlərini buradan ayarlaya bilərik. Həm rəng, həm yazı fonunu həmdə yazılar arası məsafəni və effektləri tətbiq edə bilərik.
Colors – Rənglər.
Fonts – Hərflər. Şriftlər.
Paraqraph spacing – Paraqraflararası məsafə.
Effects – Effektlər.

Burada etdiyimiz bütün dəyişiklərin növbəti işləyəcəyimiz sənədlərədə aid olması üçün set as default, yəni aktiv et komandasını seçirik.

Hiç yorum yok:

Yorum Gönder