Watermark → Su nişanı. Bu bölümdən istifadə etməklə
səhifənin arxa fonuna xüsusi şəkil və mətn salmaq mümkündür. Bunun üçün bu
bölümü açanda qarşımıza şablon formalar çıxır ki, üzərinə sol düymə ilə bir dəfə
tıqlamaq kifayətdir. Əgər hazır şablon formalardan istifadə etmək istəmiriksə o
zaman More Watermark from Office.com saytından daha çox su nişanı sənədlərimizin
arxa fonuna daxil edə bilərik.
Custom Watermark – Xüsusi nişan hazırlamaq bölümüdür ki. Bura daxil olanda aşağıdakı
komandalar qarşımıza çıxır.
Printed Watermark pəncərəsində birinci qarşımıza No watermark çıxır. Yəni su nişanəsi olmasın. Növbəti
olaraq Picture watemark – yəni arxa
fona şəkil daxil etmək üçündür ki, Select picture seçməklə komputerin yaddaşından
istədiyimiz hər hansı bir şəkli seçib sənədin arxa fonuna daxil edə bilərik.
Scale – Şəklin faizlə ölçüsünü dəyişir.
Washout – Şəkilə şəffaflıq verir. Aktiv və qeyri-aktiv edə bilərik.
Text Watermark – Hər hansı bir mətni səhifənin arxa fonuna daxil edir.
Text – Mətn.
Font – Hərf, şrift.
Size – Ölçü.
Color – Rəng.
Semitransparent – Daxil etdiyimiz yazıya şəffaflıq verir.
Horizontal – Yazını səhifədə üfüqi.
Diagonal – Künclərdə yəni diaqonal yerləşdirir.
Azərbaycan hərflərindən yazılarda istifadə edərkən məsləhət gördüyüm ən
gözəl şrift növü 1cisi Palatino Linotype,
2-ci şrift isə Times New Roman-dır.
Remove watemark – Arxa fona daxil etdiyimiz nişanəni silir.
Hiç yorum yok:
Yorum Gönder