1 Mart 2017 Çarşamba

File (Sənəd) menyusu – Sənədi yaddaşa vermək (2)


Save Ctrl + S - Yaddaşa vermək. İşlədiyimiz sənədləri yaddaşa vermək üçün Save əmrindən istifadə olunur. Hər hansı bir Word sənədini yaddaşa vermək üçün File Save Browse bölümündən yaddaşa verecəyimiz sənədin yerini seçib (məs: My documents) File name bölümünə sənədin adını yazıb Save komandasını vururuq.


Save As F12 - Fərqli yaddaş. Hər hansı bir sənədi bu komanda ilə də yaddaşa verə bilərik. Save as komandasının Save komandasından əsas fərqi Save əmri ilə sənədin yerini və adını yalnız bir dəfə seçmə imkanımız olur. Lakin Save as əmrini seçdikdə sənədin adını və yerini dəyişmək üçün pəncərə açılır. Buradan biz sənədə yeni bir ad, yeni bir yer və yeni bir format tətbiq edə bilərik.
QEYD: Sənədi şifrəli olaraq yaddaşa vermək üçün File Save as Browse Tools General options Password to open bölümünə şifrəni yazıb ok Reenter password to proceed bölümünə isə şifrənin təkrarını yazıb ok vururuq.
Sənədin şifrəsini ləğv etmək üçün File Save as Tools General options Password to open bölümünə yazdığımız şifrəni silib Ok Save.

Əgər şifrəni Password to open bölümünə yox Password to modify bölümünə daxil etsək bu zaman yaddaşa verilən sənədin şifrəsini bilmədən də açmaq mümkün olur. Lakin sənəd üzərində dəyişiklik etmək qeyri - mümkündür. Daxil etdiyimiz şifrəni silmək üçün isə File Save as Tools General options Password to open bölümündən şifrəni Delete əmri ilə silib Save vurmalıyıq.




Hiç yorum yok:

Yorum Gönder