2 Mart 2017 Perşembe

Home menyusu (3)


Bullets-İşarələr. Sətrlərin avtomatik işarələnməsi. Define New Bullet bölməsindən yeni işarələr seçmək olar.
Numbering-Nömrələr. Sətrlərin avtomatik nömrələnməsi. Define New Number Format bölməsindən isə yeni nömrələmə forması, istiqaməti və s. müəyyənləşdirmək olar.

Multilevel listÇoxsəviyəli siyahılar. Bu bölüm vasitəsilə qanunların hazırlanması, testlərin tərtibi, mövzu başlıqlarında alt başlıqların qeyd olunması üçün istifadə etmək olar.
Sort -Düzülüş
Ascending – Məlumatı əlifba sırası ilə, rəqəmləri isə artan sıra ilə düzür.
Descending – Məlumatı əlifba sırasının əksinə, rəqəmləri isə azalan sıra ilə düzür.
Show/Hide – Göstər/Gizlət. Abzasın, enterin, gizli məlumatın, boşluğun və.s formatını göstərir və gizlədir.
Align Text Left Ctrl+M – Mətni soldan sağa doğru yazır.
Centered Ctrl+E – Mətni mərkəzdən yazır.
Align Text Right Ctrl+R -Mətni sağdan sola doğru yazır.
Justify Ctrl+J – İkiyandan (bərabər). Mətnin hər tərəfinin səhifənin sol və sağ kənarlarına görə bərabər, səliqəli olması üçün seçilməlidir.
Line spacing – Sətirlərarası məsafə. Sətirlərarası məsafənin təyin olunması üçün bu bölmə müraciət edirik.
Shading – Kölgə. Mətnin arxa fonunun kölgələndirilməsi.
Borders – Cədvəl sərhədləri. Qeyd olunmuş məlumata sərhəd xətlər əlavə etmək üçün istifadə olunur.

Paragraph – Paraqraflar.
İndents and Spacing – İtələnmələr və məsafələr.
İndentationİtələnmiş. Mətni sağ və sol istiqamətlərə doğru sürüşdürmək.
Special – Xüsusi.
First line – Yalnız birinci cümləyə abzast təyin edilir.
Hanging – Birinci cümləni çıxmaq şərtilə yerdə qalan cümlələrə abzast təyin edilir.
Spacing- Məsafə. Sətirarası məsafələr təyin olunur.
Before -Əvvəl.
After- Sonra.
Line spacing -Sətirlərarası məsafə.
Single -Tək. Tək sətirlər.
1,5 lines- Sətirlər arasında 1,5 boşluq buraxır.
At least – Ən kiçik sətir boşluğunu təyin edir.
Exactly – Bütün sətir boşluqların eyni ölçüdə olmasını təmin edir.
Multipe- Sətirlərarası boşluğu faizlə artırıb – azaltmaq üçündür.
Double -Sətirlər arasında ikiqat boşluq buraxır.

Line and page breaks – Bu bölüm ayrı – ayrı paraqraflara və onların sətrlərinə avtomatik nəzarət etmək üçündür.
a) Window Orphan Control – Asılı sətirlərə qadağa. Bu komanda akiv olarsa, axırıncı sətirə aid olan yeni səhifədən başlayan sözü aid olduğu sətirlə birlikdə yeni səhifədə yerləşdirəcək.
b) Keep Lines Together – Sətirləri birlikdə saxla. Bu komanda aktiv olarsa, səhifənin axırıncı sətrində yerləşməyən söz yeni səhifədə aid olduğu paraqrafla birlikdə yerləşəcək.
c) Keep With Next – Sonrakı ilə birlikdə saxla. Bu komanda aktiv olarsa səhifənin sonuna yerləşməyən axırıncı sətrin növbəti səhifədən başlanmasını təyin edir.
d) Suppress line numbers – Qeyd olunmuş sətrlərin nömrələnməsini ləğv edir.
e) Don`t Hypenate – Bu paraqrafdakı sözlərin hecalanmamasını təmin edir.

Microsoft Word 2013 proqramında səhifələrin sayı 12 və sonuncu səhifənin nömrəsi 15-dirsə səhifəni nömrələməyə hansı rəqəmdən başlayıblar?
a) 4
b) 5
c) 6
d) 7
e) 3



Düzgün variantı şərhlər bölməsindən daxil edin. 

Hiç yorum yok:

Yorum Gönder