6 Mart 2017 Pazartesi

Insert daxil etmək menyusu – Picture şəkil


İllustrations – İllustrasiyalar.
Picture – Şəkil. Komputerin yaddaşında, daşıyıcılarda, sürücülərdə olan şəkilləri Word proqramına daxil edir. Şəkli word proqramına daxil etmək üçün seçdiyimiz şəkli sürüşdür və daşı komandası ilə də sənədə əlavə edə bilərik. Şəkil üzərində hər hansı bir dəyişiklik etmək üçün şəkli seçmək lazımdır. Bu zaman menyular bölümündə əlavə bir menyu, yəni Format menyusu açılacaq.

Format menyusu

Adjust – Uyğunlaşdırmaq.
Remove Background – Arxafonu silmək.
Mark areas to keep – Seçilmiş sahələri şəklə daxil edir.
Mark areas to remove – Seçilmiş sahəni şəkildən xaric edir.
Discard All Changes – Bütün dəyişiklikləri ləğv edir.
Keep Changes – Dəyişikliklərin saxlanılması.
Corrections – Şəklin parlaqlığını artırıb azaldır.
Color – Rəng. Şəkilə müəyyən rəng çalarları daxil edir.
Artistic Effects – Şəkilə effektlər təyin edir.
Change Pictures – Şəkli başqa şəkillə dəyişir.
Reset PictureŞəkli ilkin vəziyyətinə qaytarmaq.

Picture style – Şəklin stilləri.
Picture Border – Şəklin kənar xəttini düzəldir.
a) No Outline – Kənar xətsiz.
b) More Outline Colors – Daha çox kənar xətt rəngləri.
c) Weight Kənar xəttin qalınlığını dəyişir.
d) Dashes Kənar xəttin forması.
Picture effect – Şəkil effektləri.
Preset – Şəkilə müxtəlif formalar verir.
Shadow – Şəkilə kölgə effekti təyin edir.
Reflection – Şəkli öz əksi ilə birgə göstərir.
Glow – Şəklin kənar xəttinə müxtəlif rəng effektləri verir.
Soft edges – Şəklin rəng tonunu aşağı səviyyədə göstərir.
3 – D rotation – Şəkli 3d formatında fırladır.
Picture Layout – Şəkil sxemləri.

7. Arrange – Tarazlaşdırma.
Position – Şəklin mövqeyi.
8. Wrap – Mətn sarması. Bu komandanı seçməklə yaddaşdan gələn şəkilləri və WordArt – dan gələn sözləri sərbəst yerləşdirərək bir yerdən başqa yerə daşımaq, həmçinin üzərində müxtəlif əməliyyat aparmağa şərait yaradır.
Bring to Front
a) Bring to Front – Önə gətirmək.
b) Bring Forward – Bir qat önə gətirmək.
c) Bring in front of text Send to Back – Mətnin önünə gətirmək.
a) Send to Back – Arxaya göndərmək.
b) Send Backward – Bir qat geri göndərmək.
c) Send Behind Text – Mətnin arxasına göndərmək.
9. Align – İstiqamət.
a) Align Left – Bir obyektə nisbətən digər obyekti səhfənin solunda yerləşdirir.
b) Align Center – Bir obyektə nisbətən digər obyekti səhfənin mərkəzində yerləşdirir.
c) Align Right – Bir obyektə nisbətən digər obyekti səhfənin sağında yerləşdirir.
d) Align Top – Bir obyektə nisbətən digər obyekti səhfənin yuxarısında yerləşdirir.
e) Align Midde – Bir obyektə nisbətən digər obyekti səhfənin küncündə yerləşdirir.
ə) Align Botton – Bir obyektə nisbətən digər obyekti səhfənin aşağısında yerləşdirir.
f) Distribute Horizontally – Üfüqdən səhfənin mərkəzində.
g) Distribute Vertically – Şaqulidən səhfənin mərkəzində.
ğ) Align to Page – Tam səhfənin mərkəzində.
h) View Gridlines – Tor xətləri göstərir.
x) Grid Settings – Tor xətləri qurmaq.
1. Snap objects to other objects – Obyektləri tor xətlərə maqnitləşdirir.
2 Display gridlines on screen – Word səhfəsinə şaquli və üfüqi tor xətlər daxil edir.
10 Group – Qruplaşdırmaq.
Ungroup – Parçalamaq.
Regroup – Təkrar qruplaşdırmaq.
Qeyd: Şəkli qruplaşdırmaq üçün ən azı iki obyekt seçmək lazımdır. Şəkil Group halında olarsa daxil etdiyimiz rənglər və xətlər şəklin arxa planına, Ungroup olarsa isə şəklin özünə aid olmuş olacaq.
Rotate –Fırlatmaq.
a) Rotate Right 900 – Sağa çevirmə.
c) Rotate Left 900 – Sola çevirmə.
d) Flip Horizontal – Üfüqi çevirmə.
e) Flip Vertical – Şaquli çevirmə.
Qeyd: Şəkli qarşı – qarşıya gətirmək üçün şəkli seçib (Text Wrapping – dən istədiyimizi seçirik) nüsxəsini çıxarıb Rotate – dən Flip Horizontal komandasını seçmək lazımdır. Şəklin nüsxəsini çıxarmaq üçün bir nçə forma vardır.
Ctrl düyməsini sıxılı saxlayıb sol düymə ilə sürüşdürmək lazımdır
Şəkli seçib Copy kopyala və Paste yapışdır əmrləri ilə

Şəkli seçib qısa yol düyməsi olaraq Ctrl + D düymə kombinasiyaları ilə kopyasını çıxara bilərik.

Hiç yorum yok:

Yorum Gönder