Ötən dərsimizdə qeyd
etmişdik ki, sənədə cədvəl formaları daxil etdikdən sonra cədvəl üzərində düzəlişlər
etmək üçün cədvəli seçmək lazımdır. Cədvəli seçdikdə qarşımıza əlavə olaraq 2
menyu açılırdı ki, bunlar Design və Layout (dizayn və sxema, tərtibat)
menyuları idi. Bu günkü dərsimizdə isə Layout menyusu haqqında məlumat verəcəyəm.
Bu menyudan istifadə etməklə cədvəldəki sətir,
sütun və xanalar üzərində əməliyyatlar apara bilərik.
Table – Cədvəl.
Select – Seçmək.
Select cell – Xananı seçir.
Select column – Sütunu seçir .
Select row – Sətri seçir.
Select table – Cədvəli seçir.
View gridlines –Tor xətlər.
Bu əmr aktiv olduğu zaman cədvəl kənarlıqlarında tor xətləri görə bilərik.
Properties – Xassə, xüsusiyyətlər.
Draw – Çəkmək.
Draw Table – Cədvəl çəkmək (əl ilə).
Eraser – Pozan.
Row & Column – Sətir və sütunlar. Buradakı əmrlər ilə silmə və
daxil etmə funksiyalarını yerinə yetirə bilərik.
Delete – Silmək.
Delete cells – Xananı silmək.
Shift cells left – Kursor döyünən bölümdən soldakı xananı silir.
Shift cells up – Kursor döyünən bölümdən yuxarıdakı xananı silir.
Delete entire row – Kursor döyünən bölümdəki bütün sətri silir.
Delete entire column – Kursor döyünən bölümdəki bütün sütunu silir.
Delete rows – Sətri silir.
Delete columns – Sütunu silir.
İnsert above – Kursor döyünən bölümdən yuxarı yeni bir sətir əlavə
edir.
Insert below – Kursor döyünən bölümdən aşağı yeni bir sətir əlavə
edir.
Insert left – Kursor döyünən bölümdən sola yeni bir sütun əlavə
edir.
Insert right – Kursor döyünən bölümdən sağa yeni bir sütun əlavə
edir.
Merge – Birləşdirmək.
Merge cells – Xanaları birləşdirir (aktiv olması üçün ən azı
iki xana seçilməlidir).
Split cells – Xanaları yenidən sətir və sütuna bölür.
Number of columns – Sütunların
sayı.
Number of rows – Sətirlərin sayı.
Split table – Cədvəli bölmək, ayırmaq. Hər hansı bir cədvəli 2
hissəyə bölmək istəyiriksə kursor döyünən yerdən split cell vurmaqla cədvəli
ayrı-ayrı cədvəl halına sala bilərik. Bölünən cədvəli birləşdirmək üçün cədvəl
arasındakı boşluğu silmək kifayətdir.
Cell size – Xananın ölçüsü.
Auto Fit – Uyğunlaşdırmaq.
Auto Fit contents – Cədvəli
məlumata görə uyğunlaşdırır.
Auto Fit windows – Cədvəli pəncərəyə görə uyğunlaşdırır.
Fixed column width – Sütunlara
bərabər ölçü təyin edir.
Height – Uzunluğu.
Width – Eni.
Əgər sətir və sütunun ölçüləri pozulubsa və sətir və
ya sütuna bərabər ölçü təyin etmək istəyiriksə aşağıdakı əmrləri seçməklə bərabər
ölçü verə bilərik.
Distribute rows – Sətirləri bərabər bölüşdürür.
Distribute columns – Sütunları bərabər bölüşdürür.
Alignment – Yön, istiqamət.
Text direction – Mətnin istiqaməti.
Cell margins – Xananın kənarlıqları.
Data – Verilənlər bölümü.
Sort – Düzülüş, nizamlama. Cədvəl daxilində verilən məlumatı
ascending – seçməklə əlifba sırası ilə, descending – seçməklə isə əlifba
sırasının əksinə, yaxud rəqəmləri ascending – seçməklə azalandan çoxalana,
yaxud descending – seçməklə əksinə düzə bilərik.
Repeat Header Rows – İri həcmli cədvəllərdə sətir başlıqlarının bütün səhifələrdə
təkrarlanması üçün istifadə olunur.
Convert To text – Cədvəli mətnə çevirmək.
Formula – Cədvəl daxilində sadə
riyazi formulların yerinə yetirilməsi üçün istifadə olunur.
Hiç yorum yok:
Yorum Gönder