9 Mart 2017 Perşembe

Page Borders – Səhifə kənarlığı


Bu bölümə daxil olduqda Borders and Shading (kənarlıqlar və kölgələr) adlı pəncərə qarşımıza çıxır. Pəncərə 3 başlıqdan ibarətdir.

1. Borders – Kənarlıqlar (mətnin)
a) None – Boş.
b) Box – Qutu.
c) Shadow – Kölgə.
d) 3D – 3D.
e) Custom – Xüsusi.
Bunun üçün hər hansı bir mətni seçmək kifayətdir. Seçdiyimiz mətn qutu içərisində seçəcəyimiz kənarlıq formasına uyğun olaraq formatlanacaqdır.

2. Page Border – Səhfənin kənarlığı.
Borders bölməsi ilə Art – İncəsənət əlavəsinin olmağına görə seçilir. Proders ilə hər hansı mətnə və ya paraqrafa kənarlıq veririk. Page bordersden istifadə etməklə sənədə çərçivə, kənarlıq tətbiq edə bilərik. Art başlığı altında yaddaşda olan şəkillərdən sənədin kənarlığına sala bilərik. Və təbii ki, bu bölmədən əlavə etdiyimiz kənarlıqları ləğv etmək üçün None seçmək lazımdır.
Qeyd: Borders Apply to Text (səhfədə seçilmiş parametrlərin yalnız seçilmiş mətn hissəsinə tətbiq edilməsi üçün), Paragraph (bütün paraqraflara tətbiq edilməsi üçündür).

3. Shading – Kölgə. Mətnin arxa fonunun kölgələndirilməsidir. Mətnin arxa fonuna istənilən rəng yaxud naxış vermək mümkündür.
Apply to – Tətbiq etmək
Text – Sadəcə seçilən mətnə

Paragraph – Paraqrafa aid edir.

Hiç yorum yok:

Yorum Gönder