Bu komanda vasitəsilə səhifənin arxa fonuna rəng, qarışıq rəng, şəkil,
naxış və s. vermək mümkündür. Əgər səhifəyə hər hansı bir rəng verilibdirsə No
Color seçməklə arxa fona verilmiş rəngi ləğv edə bilərik.
More colors – Daha çox rənglər daxil edə bilərik.
Fill effect – Effekt ilə doldurmaq. Əlavə effektlərdən istifadə etmək üçün bu bölümə daxil oluruq.
Colors – Rənglər.
One color – Bir rəng seçməklə arxa fona seçili rəng effetini verə bilərik.
Two colors – İki rəng. Ayrı-ayrı rəng çalarlarını raışdıra bilərik.
Preset – Qarışıq rəng. Hazır rəng çalarlarından istifadə edə bilərik.
Seçdiyimiz rəngləri Shading
styles – Kölgə stilləri bölümündən Horizontal, Vertikal, Diaqonal, Mərkəzlik
və.s formada dəyişə bilərik.
Texture – Teksturalardan istifadə edə bilərik. Other texture seçməklə digər
teksturalara göz atıb sənədin arxa fonuna əlavə edə bilərik.
Pattern – Naxış. Buradan naxış effektləri seçib seçili naxışlara rənglər tətbiq
edə bilərik.
Picture – Şəkil. Buradan komputerin yaddaşından şəkil seçib arxa fona şəkil
ssala bilərik. Bunun üçün select picture bölümünə müraciət edib yaddaşdan hər
hansı bir şəkli seçirik.
Hiç yorum yok:
Yorum Gönder