Personalize – işçi masası üzərində mausun sağ düyməsini
vurub bu əmri seçdikdə Windows 7 əməliyyat sisteminə temaları tətbiq etmək üçün
pəncərə qarşımıza çıxır.
Biz bu bölümə daxil olmaqla istər internet üzərindən
endirdiyimiz, istərsədə Windows 7 əməliyyat sisteminə məxsus temalardan istifadə
edə bilərik. Ekran ayarları pəncərəsinə daxil olduqda ilk öncə qarşımıza My
Themes (mənim temalarım) çıxır ki, biz buradan istifadə etməklə həm hazırlayıb
yaddaşa verdiyimiz temalardan, həm də internet üzərindən endirdiyimiz temaları
işçi masasının arxa fonuna tətbiq edə bilərik. Əgər internet üzərindən tema
yükləmək istəyiriksə Get more themes online komandasının üzərində mausun sol
düyməsini sıxmaq lazımdır. Bu zaman microsoft şirkətinin internet saytı
açılacaq ki, qarşımıza çıxan temaları download (yüklə) komandasını seçməklə
kompüterimizə yükləyə bilərik.
Bununla yanaşı tətbiq
etdiyimiz hər hansı bir temanı yaddaşa vermək istəyiriksə Save themes
komandasını seçməklə temaya fərqli bir ad verib yaddaşda saxlaya bilərik. Bunu
tema üzərində mausun sağ düyməsini vurmaqla Save theme seçib də tətbiq edə bilərik.
Tətbiq etdiyimiz temaları silmək istəyiriksə bunun üçün temanın üzərində mausun
sağ düyməsini sıxıb delete theme (temanı sil) komandası seçməklə silə bilərik.
Bundan başqa Aero Themes
bölümünə daxil olmaqla biz Windows 7 əməliyyat sisteminə məxsus temalardan
istifadə edə bilərik. Bu temalara Windows 7, Architecture, Landscapes və.s misal çəkmək olar. Əgər səda və
ekran ayarları yüksək olan temalardan istifadə etmək istəyiriksə bunun üçün
Basic and High Contrast Themes bölümündə yerləşən temalardan birini seçməliyik.
Hiç yorum yok:
Yorum Gönder