27 Mart 2017 Pazartesi

Window color

Window color – pəncərənin rəngi. Windows 7 əməliyyat sistemində pəncərələrin rəngini bu bölmədən istifadə etməklə dəyişirik. İstənilən bir rəng üzərində sol düyməni bir dəfə sıxmaqla pəncərələrin, başlanğıc menyusunun, tapşırıqlar zolağının rəngini dəyişmək mümkündür. Rəng çalarları üzərində dəyişiklik etmək üçün aşağıdakı komandalardan istifadə edə bilərik.


Enable transparency - şəffaflığı aktivləşdirmək
Color intensity – rəng intensivliyi
Show color mixer – rəng qarışığını göstərmək
Hide color mixer – rəng qarışığını gizlətmək
Hue – rəng çaları
Saturation – rəngə doydurma, rəng hopdurma
Brightness – parlaqlıq

Advanced appearance settings - əlavə görünüş parametrləri. Bu bölmənin köməyi ilə istədiyimiz bir bölmənin ölçüsünü, rəngini, yazı stilini və s. dəyişə bilərik. Bunun üçün advanced appearance settings bölməsinə daxil olub, item (komandalar) bölməsindən üzərində dəyişiklik etmək istədiyimiz komandanı seçib (məs: menu - menyu) size bölməsindən ölçüsünü, color bölməsindən rəngini, font bölməsindən menyu üzərində yazılacaq yazının yazı stilini, size (font bölməsinin qarşısında yerləşir) bölməsindən yazının ölçüsünü seçib ok düyməsini sıxmaqla bu əmri tətbiq edə bilərik.
Qeyd: Üzərində dəyişiklik etdiyimiz bölməni əvvəlki vəziyyətinə qaytarmaq üçün themes (temalar) bölməsindən
hər hansı bir tema seçməklə ilkin vəziyyətinə qaytara bilərik.

Hiç yorum yok:

Yorum Gönder