27 Mart 2017 Pazartesi

Sounds – səslər

ses
Bu bölmə vasitəsilə biz kompüterin səs parametrlərini tənzimləyə bilərik. Kompüterdən istifadə etdiyimiz zaman bizim qarşımıza bir sıra bildiriş səsləri çıxır ki, bunlara gündəlik həyatımızda daima istifadə etdiyimiz telefonları belə misal çəkmək olar. Telefondan istifadə etdiyimiz zaman facebook, instagram, whatsapp və.s proqramlarından mesaj gələrkən bildiriş səsinin köməyilə bunun nə olduğunu bilirik. Eynilə kompüterdən istifadə etdiyimiz zaman kompüterin batareyası bitdiyində, çöp qutusu təmizləndiyi zaman, qovluqlara daxil olarakən, əlavə qurğular qoşarkən və.s bildiriş səsləri ilə qarşılaşırıq. Biz bu bildiriş səsləri üzərindəki dəyişiklikləri Sounds bölməsinə daxil olmaqla tənzimləyə bilirik.

Pəncərədə ilk olaraq sound scheme (səs sxemi) bölməsi qarşımıza çıxır. Bu bölmədə windows 7 əməliyyat sisteminə məxsus temaların bildiriş səsləri yerləşir (Afternoon, Characters, Delta, Garden və.s misal göstərmək olar). Hər hansı bir səs parametrini seçməklə kompüterin bildiriş səslərini dəyişə bilərik və ya bu bölmədən no sounds (səssiz) komandasını seçməklə bildiriş səslərini səssiz rejimə çevirə bilərik. Bu sadəcə kompüterdə bildiriş səslərini səssiz edir, kompüterin öz səsinə heç bir təsiri yoxdur. Bildiriş səslərini sound scheme bölməsindən seçdikdən sonra hər hansı bir bildiriş səsinin necə səsləndiyini yoxlamaq istəyiriksə Program events bölməsindən Məsələn: Device connect (qurğuların qoşulması) seçib test düyməsini sıxmaqla səsə qulaq asa bilərik. Əgər bu səsi tamamilə fərqli bir səslərlə əvəz etmək istəyiriksə o bu zaman Browse (göz atmaq) komandasından istifadə etməklə kompüterin yaddaşındakı səslərdən istifadə edə bilərik.
Kompüterdə hər hansı bir bildiriş səsini başqa bir səslə dəyişmək istəyiriksə internet üzərindən endirəcəyimiz musiqi faylının və ya kompüterimizdə olan musiqi faylının formatı mp3 deyil wave formatında olmalıdır. Bunu kompüterdə converter proqramlarından istifadə etməklədə edə bilərik, hətta internet üzərində online converter saytlarıda bunun üçün xidmət göstərir. Yəni istənilən yollardan birini seçməklə bunu etmək mümkündür.
Daxil etdiyimiz səsi ləğv etmək üçün isə səsli etdiyimiz hissəni seçib Sounds bölməsindən none (boş) seçib apply ok düyməsini sıxırıq.
Əməliyyat sisteminin açılışında səsin xaric olunması üçün Play Windows Startup Sound əmri aktiv edilir.
Bundan əlavə olaraq səs parametrlərində playback bölməsinə daxil olduğumuz zaman səs çıxış qurğularının sazlanmasını, recording bölməsinə daxil olduqda isə səs giriş qurğularının sazlanmasını quraşdıra bilərik.

Bəzən biz kompüterdən telefon danışıqları üçün də istifadə edirik. Bu zaman əlavə səslər bizim danışığımıza təsir edir. Bu səsləri nizamlamaq üçün communication – rabitə bölməsinə daxil oluruq.
Daxil olduğumuz zaman Mute all other sound – Qalan bütün səslərin bağlanması, Reduce the volume of other sounds by 80% – Qalan səslərin 80% azaldılması, Reduce the volume of other sounds by 50% – Qalan səslərin 50% azaldılması, Do nothing – Heç bir dəyişiklik etməmək komandaları ilə rastlaşırıq. Buradan ən çox üstünlük verilən komanda qalan səslərin 80% azaldılması komandasıdır ki, aktiv etmək üçün mausun sol düyməsini sıxmaqla əmri seçib apply – ok düymələrini vururuq. 

Hiç yorum yok:

Yorum Gönder