9 Mart 2017 Perşembe

Test

1. Kompüter nədir?

a) rəqəmləri emal etmək üçün elektron hesablama qurğusu 
b) informasiyanı yadda saxlayan qurğu 
c) proqramla idarə olunan və informasiyanın emelını yerinə yetirən universal qurğu 
d) analoq siqnalları emal edən qurğu 

Page Borders – Səhifə kənarlığı


Bu bölümə daxil olduqda Borders and Shading (kənarlıqlar və kölgələr) adlı pəncərə qarşımıza çıxır. Pəncərə 3 başlıqdan ibarətdir.

Page Color – Səhifə rəngi


Bu komanda vasitəsilə səhifənin arxa fonuna rəng, qarışıq rəng, şəkil, naxış və s. vermək mümkündür. Əgər səhifəyə hər hansı bir rəng verilibdirsə No Color seçməklə arxa fona verilmiş rəngi ləğv edə bilərik.

Watermark



Watermark Su nişanı. Bu bölümdən istifadə etməklə səhifənin arxa fonuna xüsusi şəkil və mətn salmaq mümkündür. Bunun üçün bu bölümü açanda qarşımıza şablon formalar çıxır ki, üzərinə sol düymə ilə bir dəfə tıqlamaq kifayətdir. Əgər hazır şablon formalardan istifadə etmək istəmiriksə o zaman More Watermark from Office.com saytından daha çox su nişanı sənədlərimizin arxa fonuna daxil edə bilərik.

Design (dizayn) menyusu


Themes Temalar. Ötən dərslərimizdə səhifə cildinin nə olduğunu və necə sənəd daxilində yerləşdirmək olur bunu örgənmişdir. Qeyd etmişdik ki, İnsert menyusu – Cover Page yəni səhifə cildi bölümü vasitəsilə sənədimizə səhifə cildləri və ya shapes fiqurlar bölməsindən fiqurlar və.s daxil edə bilirdik. Bu gün isə bu daxil etdiyimiz fiqurların, səhifə cildlərinin temasını bu bölüm vasitəsilə dəyişməyi örgənəcəyik.

6 Mart 2017 Pazartesi

Insert – Symbol - Simvol


Text box – Qutu mətn. Bu bölümə hazır qutu mətn formaları yerləşdirilib və biz bunlardan istifadə etmək istəyiriksə sol düyməni 1 dəfə sıxmalıyıq.

Insert – Header and Footer – Başlıq və Sonluq


SmartArt – Ağıllı incəsənət fiqurları səhifəyə daxil edir. Məlumatı vizual şəkildə əks etdiren qrafik tipidir.
Chart – Excel səhifəsindən diaqram daxil etmək.
Screenshot – Ekranı kəsmək. Qeyd olunmuş sahəni şəkil obyekti kimi səhifəyə daxil edir. Bununlar yanaşı açıqda olan hər hansı bir sənədin şəkil formatınıda buradan əldə edə bilərik