Bu komanda vasitəsilə səhifənin arxa fonuna rəng, qarışıq rəng, şəkil,
naxış və s. vermək mümkündür. Əgər səhifəyə hər hansı bir rəng verilibdirsə No
Color seçməklə arxa fona verilmiş rəngi ləğv edə bilərik.
Watermark →Su nişanı. Bu bölümdən istifadə etməklə
səhifənin arxa fonuna xüsusi şəkil və mətn salmaq mümkündür. Bunun üçün bu
bölümü açanda qarşımıza şablon formalar çıxır ki, üzərinə sol düymə ilə bir dəfə
tıqlamaq kifayətdir. Əgər hazır şablon formalardan istifadə etmək istəmiriksə o
zaman More Watermark from Office.com saytından daha çox su nişanı sənədlərimizin
arxa fonuna daxil edə bilərik.
Themes→ Temalar. Ötən dərslərimizdə səhifə cildinin nə olduğunu və necə sənəd daxilində yerləşdirmək olur bunu örgənmişdir. Qeyd etmişdik ki, İnsert menyusu – Cover Page yəni səhifə cildi bölümü vasitəsilə sənədimizə səhifə cildləri və ya shapes fiqurlar bölməsindən fiqurlar və.s daxil edə bilirdik. Bu gün isə bu daxil etdiyimiz fiqurların, səhifə cildlərinin temasını bu bölüm vasitəsilə dəyişməyi örgənəcəyik.
SmartArt – Ağıllı incəsənət fiqurları səhifəyə
daxil edir. Məlumatı vizual şəkildə əks etdiren qrafik tipidir.
Chart – Excel səhifəsindən diaqram daxil etmək.
Screenshot – Ekranı kəsmək. Qeyd olunmuş sahəni şəkil obyekti kimi səhifəyə
daxil edir. Bununlar yanaşı açıqda olan hər hansı bir sənədin şəkil formatınıda
buradan əldə edə bilərik